Bu gün daha bir Azərbaycan klubu avrokuboklarda mübarizəyə qoşulub.
YeniAvropa xəbər verir ki, “Sumqayıt” Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib.
Sumqayıtın tarixinə Avropada debüt kimi düşən qarşılaşma “Kapital Bank Arena”da baş tutub. Ayxan Abbasovun yetirmələri azarkeşsiz keçirilən və bir matçdan ibarət dueldən məğlub ayrılıb.
Qarşılaşmanın taleyini ikinci hissədəki qollar həll edib. Qonaqlar iki penalti zərbəsini qola çevirərək mərhələ adlayıb.
Qeyd edək ki, “Sumqayıt” Avropa Liqasına Azərbaycan Premyer Liqasının yarımçıq başa çatdırılan 2019/20 mövsümündə 4-cü yeri tutmaqla vəsiqə qazanıb.
Xatırladq ki, oyunun keçirildiyi “Kapital Bank Arena” ilk dəfə avrokubok matçına ev sahibi edib.