logo

“Qarabağ”-“Şerif”: birinci hissə 1:0 hesabla başa çatdı

20:50 26-08-2020 | icon 3381
“Qarabağ”-“Şerif”: birinci hissə 1:0 hesabla başa çatdı

UEFA Çempionlar Liqasının II seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Şerif” (Moldova) oyunun birinci hissəsi başa çatıb.

YeniAvropa xəbər verir ki, komandalar fasiləyə “Qarabağ”ın minimal hesablı üstünlü ilə yollanıblar.

Görüşün 22-ci dəqiqəsində ağdamlılar hesabı açıblar. Cərimə meydançasının daxilində Jayme Romeroya qarşı edilən kobudluq hakimin gözündən qaçmayıb. Penalti zərbəsini Uroş Matiç dəqiq yerinə yetirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Bədavi Hüseynova qarşı kobudluğa görə “Şerif”in hücumçusu Anatol Abanq qırmızı kart alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.

Xatırladaq ki, “Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib (2:0).

“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gələcəyi təqdirdə növbəti mərhələdə potensial rəqibi “Seltik” (Şotlandiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri olacaq.