logo

Sabahkı “Qarabağ”–“Şerif” matçını ukraynalı hakimlər idarə edəcək

16:09 25-08-2020 | icon 3640
Sabahkı “Qarabağ”–“Şerif” matçını ukraynalı hakimlər idarə edəcək

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”–“Şerif” (Moldova) matçına hakim təyinatı açıqlanıb.

YeniAvropa  AFFA-nın saytına istinadla xəbər verir ki, görüş Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaqlar. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Şerif” matçı saat 20:00-da start götürəcək.