logo

Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi yenə “Şerif” oldu

09:55 20-08-2020 | icon 5670
Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi yenə “Şerif” oldu

Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

 YeniAvropa xəbər verir ki, bu, Moldovanin “Şerif” klubudur.

Moldovalılar I təsnifat mərhələsində Lüksemburqun “Fola Eş” klubuna 2:0 hesabı ilə qalib gəliblər. "Qarabağ" isə Makedoniya "Sileks"ini 4:0 ilə hesabı darmadağın etmişdi.

Beləliklə,  avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” klubu “Şerif”lə  qarşılaşacaq. 

Görüşün baş hakimi qazaxıstanlı Furkat Atajanov olacaq. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.

Xatırladaq ki, “Şerif” avrokuboklarda "Qarabağ"la 3-cü dəfə görüşəcək. Əvvəlki iki duel ardıcıl iki mövsümdə - 2017/18 və 2018/19-da olub.

Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.

Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olublar. Tiraspolda 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı.