logo

“Beşiktaş” yeni mövsümdən geyinəcəyi üç forma dəstini təqdim edib

15:43 19-08-2020 | icon 8617
“Beşiktaş” yeni mövsümdən geyinəcəyi üç forma dəstini təqdim edib

Türkiyənin  İstanbul şəhərinin “Beşiktaş” futbol klubu yeni mövsümdən geyinəcəyi üç forma dəstini təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İstanbul təmsilçisinin ev oyunlarında geyinəcəyi forma ənənəvi olaraq qara rəngdədir və üzərində ağ zolaqlar var. “Qara qartallar”ın səfər matçlarında istifadə edəcəyi geyim ağ və boz rənglərdən ibarətdir. Superliqa klubunun ehtiyat forması isə qırmızı rəngdədir.

Qeyd edək ki, “Beşiktaş”ın geyimlərini “Adidas” şirkəti hazırlayır.