logo

“Qarabağ” klubu “Sileks”lə oyunda hesabda öndədir

20:15 18-08-2020 | icon 3199
“Qarabağ” klubu “Sileks”lə oyunda hesabda öndədir

Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyununda hesab açılıb.

YeniAvropa  xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib.

Qeyd edək ki, bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Xatırladaq ki, “Qarabağ”–“Sileks” cütünün qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun qalibi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunu Ukraynadan olan hakimlər briqadası idarə edir. 

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, İsmayıl İbrahimli, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Sileks”in ilk onbirliyində isə meydana Daniel Bojinovski, Srcan Darşkoviç, Xristian Qrozdanoski, Angels Timovski, Daniel Karçeski, Viktor Serafimovski, Burhan Mustafov, Denis Ristov, İvan İvanovski, Pepi Georgiyev və Deyan Tanturovski çıxıblar.