logo

Lukaşenko:“Səlahiyyətlərimi təhvil verməyə hazıram” 

19:10 17-08-2020 | icon 3248
Lukaşenko:“Səlahiyyətlərimi təhvil verməyə hazıram” 

“Gəlin oturub konstitusiya üzərində işləyək və referenduma çıxaraq. Bundan sonra, konstitusiyaya əsasən, səlahiyyətlərimi təhvil verəcəyəm. Ancaq nə təzyiq altında, nə də küçə etirazları yolu ilə yox”.

 YeniAvropa  "TASS" informasiyya agentliyinə istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə söyləyib.

O əvvəl-axır hakimiyyətdən gedəcəyini də vurğulayıb:

“Əlbəttə, nə vaxtsa gedəcəyəm. Bəlkə, bir və ya iki il sonra. Ancaq konstitusiyanı naməlum birinə vermək olmaz. Çünki bu, fəlakətə yol açacaq. Mən ən çox elə bundan qorxuram”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Rəsmi nətisələr açıqlandıqdan sonra ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.