Avqustun 17-də Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubuna qarşı keçirəcəkləri qarşılaşma ilə əlaqədar mətbuat konfransı təşkil edib.
YeniAvropa xəbər verir ki, baş məşqçi mətbuat konfransında komandasının Bakıda oyunlarda daim fəal azarkeş dəstəyi hiss etdiyini vurğulayıb. O bu baxımdan azarkeşlərin oyuna buraxılmamasının rəqib üçün müəyyən üstünlük olacağını bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu görüşün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.