Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüş keçiriləcək.
YeniAvropa xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliyanın “İnter” klubu Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı Şimon Martsinyak idarə edəcək.
Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Köln şəhərində reallaşacaq.