logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

19:55 15-08-2020 | icon 18158
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 15-nə olan statistik göstəriciləri açıqlayıb.

 YeniAvropa xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 904 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 192 nəfər reanimasiyada, 34 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 197 və 37 olub.

Ümumilikdə ölkədə 34 107 nəfər virusa yoluxub, 31 697 nəfər isə sağalıb.

Qeyd olunub ki, bu gün 6 041 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 826 043 test aparılıb.

Qeyd edək ki, bu gün 89 koronavirusa yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 207 nəfər sağalıb.