logo

Seroloji testlər könüllülük prinsipi əsasında aparılacaq

11:56 15-08-2020 | icon 10493
Seroloji testlər könüllülük prinsipi əsasında aparılacaq

Gələn həftə COVID-19-la mübarizə çərçivəsində seroloji skrinninq aparılacaq. Əsas məqsəd COVID-19-a qarşı immunitetin formalaşıb-formalaşmadığını müəyyənləşdirməkdir.

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, testlər könüllülük prinsipi əsasında və təsadüfi seçilmiş əhali qrupu arasında aparılacaq.