logo

Paytaxtda 80-dək evdən oğurluq edən şəxslər saxlanılıblar

12:29 11-08-2020 | icon 1855
Paytaxtda 80-dək evdən oğurluq edən şəxslər saxlanılıblar

Abşeron rayonunun Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Həmin şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbələrində 60-dək evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini bildiriblər.

Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.