logo

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının vaxtı açıqlandı

17:32 10-08-2020 | icon 4697
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının vaxtı açıqlandı

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi avqustun 20-si və 21-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya  bildirilib ki, imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl mərkəzin saytında yerləşdiriləcək.

Qeyd olunan tarixlərdə II və III ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.