UEFA Çempionlar Liqasının 1/4 finalçıları bəlli oldu
Avqustun 8-də UEFA Çempionlar Liqasının 2019-2020-ci mövsümünün səkkizdəbir final mərhələsi yekunlaşıb.
YeniAvropa xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma oynanılıb.
“Barselona” öz meydanında “Napoli” klubunu qəbul edib. İlk oyunda səfərdə 1:1 hesabı ilə heç-heçə edən kataloniyalılar öz meydanında inamlı qələbə qazanıblar - 3:1.
Oyunda hesabı meydan sahibləri açıb. Klement Lenqlet adını tabloya yazdırıb. Qoldan 13 dəqiqə sonra “Barselona” ikinci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Lionel Messi fərqlənib. Birinci hissənin son dəqiqələrində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıb. Luis Suares hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bu da birinci hissədə son qol olmayıb. Baş hakim bu dəfə penalti zərbəsini “Barselona”nın qapısına təyin edib.
“Napoli”nin futbolçusu Lorenzo İnsinya şansı əldən verməyib.
İkinci hissədə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.
Günün digər oyununda Almaniyanın “Bavariya” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib.
Görüş Münxen təmsilçisinin 4:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
“Bavariya”nın heyətində Robert Levandovskiy (2), İvan Perişiç və Korentin Tolisso fərqləniblər. “Çelsi”nin təsəlli qoluna Tammi Abraham imza atıb.
Bu komandaların İngiltərədə ilk oyunu “Bavariya”nın böyük hesablı qələbəsi ilə başa çatmışdı - 5:0.
Beləliklə, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında keçiriləcək. Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq.
12 avqust
“Atalanta” (İtaliya) – PSJ (Fransa)
13 avqust
“Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya)
14 avqust
“Barselona” (İspaniya) -“Bavariya”(Almaniya)
15 avqust
“Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)
Oyunlar Portuqaliyanın paytaxtı Lissabondakı “Da Luj” və “Joze Alvelade” stadionlarında baş tutacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb