Mehmanxanalarda Operativ Nəzarət Qrupu fəaliyyət göstərəcək
80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team) yaradılacaq, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunacaq.
YeniAvropa xəbər verir ki,bu,Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda öz əksini tapıb.
Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin edir, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil edir.
Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəllərini müəyyən edir və onların icrasına nəzarət edir.
Mehmanxana sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planı ilə bağlı ümumi tələblər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilir. Tədbirlər planının icrasına Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs nəzarət edir.
Operativ Nəzarət Qrupunun rəhbəri və ya operativ nəzarət üzrə məsul şəxs mütləq qaydada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən yaradılan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən təşkil olunmuş tədris qrupunda bu Qaydaların tətbiqi ilə əlaqədar nəzarət tədbirlərinin həyata keçirilməsinin təşkili üzrə distant təlim kurslarına cəlb olunur və kursu bitirməsi barədə həmin şəxslərə müvafiq sertifikat verilir.
Operativ Nəzarət Qrupunun üzvləri və ya operativ nəzarət üzrə məsul şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əlaqəli şəxslərinin adları və əlaqə vasitələrinin olduğu məlumat kitabçası ilə təmin edilirlər.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq