logo

Müdafiə Nazirliyi: Andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

17:29 06-08-2020 | icon 2674
Müdafiə Nazirliyi: Andiçmə mərasimində valideynlərin iştirakı qadağandır

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.