logo

Arzu Rəhimov: 4 minə qədər gənc könüllü hərbi qeydiyyata alınıb

15:09 16-07-2020 | icon 1834
Arzu Rəhimov: 4 minə qədər gənc könüllü hərbi qeydiyyata alınıb

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin çıxışından sonra dörd minə qədər gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi qeydiyyata alınıb.

YeniAvropa xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 16-da keçirilən mətbuat konfransında bildirib.

A.Rəhimov deyib ki, bu gün gənclər döyüşdə könüllü şəkildə iştirak etmək üçün Xidmətə müraciət edirlər və müvafiq qanunvericilik onlara izah edilib. Bildirilib ki, lazım gəldikdə tələb olunan hərbi vəzifəlilər hərbi hissələrə göndərilə bilər. Sosial şəbəkələrdə bəziləri bildirirlər ki, müraciət edirlər, ancaq qeydiyyata alınmırlar. Hərbi vəzifəlilər və digərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadırlar. Prezidentin çıxışından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə gənclərin axını başlayıb. Biz həmin gənclərin rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçiririk, könüllü getmək istəyən şəxsləri qeydiyyata alırıq. Sadəcə hər birimiz səbirli, diqqətli olmalıyıq. Könüllü müraciət edən hər bir vətəndaş qeydiyyata alınır. Xidmətə elektron poçt vasitəsilə də müraciət edənlər var.