logo

MN: Azərbaycan Ordusu mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmur

18:57 13-07-2020 | icon 2303
MN: Azərbaycan Ordusu mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmur

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook”dakı səhifəsində guya Azərbaycan Ordusunun işğalçı ölkənin Berd rayonunun Çinari kəndini 82 millimetrlik və 120 millimetrlik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi, lakin yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, yayılan məlumat həqiqəti əks etdirmir:"Azərbaycan Ordusu mülki əhalini və yaşayış məntəqələrini atəşə tutmur".