logo

Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

14:51 13-07-2020 | icon 2338
Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

Bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Ermənistan xaincəsinə Azərbaycana hücum edib və 4 qardaşımız şəhid olub.

“Burada görünən odur ki, Ermənistan yeni münaqişə zonaları yaratmaq istəyir. Bu günə qədər Ermənistan siyasi həll yoluna gəlmədi. Bu günə qədər Ermənistan heç bir həll yoluna yanaşmadı. Ermənistanın etdikləri qəbuledilməzdir, qoy ağlını başına toplasın. Azərbaycan tək deyil. Biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bu gün mən Azərbaycanın Xarici İşlər nazirinə zəng vuracağam və qiymətləndirmə aparacağıq", - deyə M.Çavuşoğlu vurğulayıb.