logo

Universitetin kafedra müdiri koronavirusdan öldü

10:49 07-07-2020 | icon 3773
Universitetin kafedra müdiri koronavirusdan öldü

Daha bir universitetin dosenti koronavirusdan dünyasını dəyişib. 

YeniAvropa xəbər verir ki, , bu barədə məlumatı sosial şəbəkədə Bakı Slavyan Universitetinin prorektoru Xanım Sultanova paylaşıb. Onun sözlərinə görə, universitetin rus dili kafedrasının müdiri, dosent Könül Qasımova ötən axşam virus səbəbindən dünyasını dəyişib: “Hamı kədər içindədir. Mən ilk dəfə rektorumu belə için-işin ağlayan gördüm. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev də bir müddət öncə koronavirusdan dünyasını dəyişib.