logo

Daşkəsəndə 2 tondan çox narkotik vasitə məhv edilib

11:52 04-07-2020 | icon 2401
Daşkəsəndə 2 tondan çox narkotik vasitə məhv edilib

Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, ümumi çəkisi 2442 kiloqram olan 8432 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.