logo

Bakı Musiqi Akademiyasının tələbəsi beynəlxalq festivalda birinci olub

17:14 20-12-2017 | icon 4277
Bakı Musiqi Akademiyasının tələbəsi beynəlxalq festivalda birinci olub

Macarıstanın Balatonfüred şəhərində təşkil olunan 17-ci Beynəlxalq “RENAİSSANCE” İfa Müsabiqəsində ölkəmiz də təmsil olunub. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi Sevinc Kazımova müsabiqəyə qatılıb.

BMA-dan YeniAvropa-ya bildiriblər ki, həmyerlimiz müsabiqədə özünün nota aldığı üç hissəli “Simli kvartet”ini təqdim edib. Münsiflər heyəti tərəfindən böyük rəğbətlə qarşılanan ifa müsabiqənin “Qızıl mükafatı”na layiq görülüb.