logo

“Euro-2020”nin Bakı oyunlarının  təqvimi açıqlanıb

18:34 17-06-2020 | icon 3360
“Euro-2020”nin Bakı oyunlarının  təqvimi açıqlanıb

Futbol üzrə “Euro-2020”nin final oyunlarının təqvimi açıqlanıb.

 YeniAvropa xəbər verir ki, pandemiyaya görə 2021-ci ilə təxirə salınan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Belə ki, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.

Xatırladaq ki, “Euro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Elşən Balayev