logo

Ukraynanın birinci xanımı koronavirusa yoluxub

16:35 12-06-2020 | icon 2184
Ukraynanın birinci xanımı koronavirusa yoluxub

Ukrayna prezidentinin xanımı Yelena Zelenskaya koronavirus infeksiyasına yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  prezident Ofisinin yaydığı məlumata görə, Y.Zelenskayadan götürülən analizin cavabı pozitiv çıxıb. Hazırda Ukraynanın birinci xanımı ambulator müalicədədir, ailə üzvlərindən izolyasiya edilib.

Y.Zelenskaya özündə xəstəliyin hər hansı simptomunu hiss etmədiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski və uşaqları  da testdən keçib, onlarda koronavirus infeksiyası aşkarlanmayıb.