logo

İranda daha 75 nəfər koronavirusdan öldü

16:12 12-06-2020 | icon 2254
İranda daha 75 nəfər koronavirusdan öldü

İranda koronavirusa yoluxma hallarının artması davam edir. Son 24 saat ərzində İranda 2369 nəfər koronavirusa yoluxub, 75 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. O deyib ki, indiyədək İranda 182 min 545 nəfər virusa yoluxub, 8659 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 144 min 649 nəfər sağalaraq evə buraxılıb. Hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

İranda virusa qarşı mübarizə tədbirlərinə baxmayaraq, yoluxma hallarının artması cəmiyyətdə narahatlıq yaradıb. Bəzi mətbuat orqanları hökumətin karantin rejimini vaxtından çox əvvəl yumşaltmasının yoluxma hallarının artmasına gətirib çıxardığını yazır.