logo

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məbləği açıqlandı

21:25 09-06-2020 | icon 1932
Koronavirusla Mübarizəyə Dəstək Fondunun məbləği açıqlandı

"Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub".

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verib.Onun sözlərinə görə, indiyədək fonda 113 502 948 manat ianə toplanıb.

"O vəsaitdən hələ ki, istifadəyə ehtiyac duyulmayıb", - dey İbrahim Məmmədov bildirib.

Xatırladaq ki, prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.