logo

Deputat Aydın Mirzəzadənin yaxın qohumu koronavirusdan öldü

15:57 06-06-2020 | icon 1925
Deputat Aydın Mirzəzadənin yaxın qohumu koronavirusdan öldü

Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə deputat özü məlumat verib. Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb.

"Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur",-deyə Aydın  Mirzəzadə bildirib.