logo

Türkiyə İran və İraqla sərhədini açdı

13:10 04-06-2020 | icon 2415
Türkiyə İran və İraqla sərhədini açdı

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyənin müvəqqəti bağlanan Habur (İraq) və Gürbulak (İran) sərhəd-keçid məntəqələri bu gündən etibarən açılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcan məlumat verib.

Nazir qeyd edib ki, ilkin mərhələdə bu məntəqələrdən yalnız yük maşınlarının keçməsinə icazə veriləcək.