logo

Baş prokurorun kürəkəni DTX-da yüksək vəzifəyə təyin olundu

22:10 03-06-2020 | icon 2142
Baş prokurorun kürəkəni DTX-da yüksək vəzifəyə təyin olundu

Səbail rayonu prokurorunun müavini vəzifəsindən azad edilən Orxan Nuriyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq şöbəsinə rəhbər təyin olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə "haqqın.az"a hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. 

Bildirilib ki, baş prokuror Kamran Əliyevin kürəkəni Orxan Nuriyevi işdən çıxarmasının səbəbi qanunun tələbi olub. Belə ki,  “Korrupsiyaya qarşı mübarizə” haqqında qanunun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol vermir. Odur ki, Orxan Nuriyev prokurorluq orqanlarından xaric edilib.