logo

Salyanda kanalda naməlum qadın meyiti tapılıb

10:34 27-05-2020 | icon 1890
Salyanda kanalda naməlum qadın meyiti tapılıb

Salyanda kanalda naməlum qadın meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, meyit rayonun Yenikənd kəndi ərazisində kanalda aşkar edilib. Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Qadının qətlə yetirildiyi ehtimal olunur. Onun kimliyi və hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.