logo

Paytaxtda ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib

20:18 23-05-2020 | icon 259
Paytaxtda ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib

Sabunçu və Xətai rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabunçu rayonu ərazisində yolu keçən 20-25 yaşlı qadını Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda keçinib.

Xətai rayonu ərazisində isə Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə çırpılıb, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib, F.İsgəndərov xəstəxanada ölüb.

Hadisələrlə bağlı araşdırma aparılır.