logo

Qazax rayonunun kəndlərinə dolu düşüb

22:18 22-05-2020 | icon 266
Qazax rayonunun kəndlərinə dolu düşüb

Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dolu düşməsi hadisəsi təxminən 10 dəqiqə davam edib. Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.