“AGBank” və “NBC Bank”ın kreditorlarının nəzərinə
Əmanətlərin Sığortalanması Fondu (ADIF) “AGBank” və “NBC Bank”ın kreditorlarına müraciət edib.
ADIF-dən YeniAvropa-ya bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarları ilə “AGBank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarlarla Əmanətlərin Sığortalanması Fondu “AGBank” ASC və “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilib.
Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “AGBank” ASC-nin kreditorlardan xahiş olunur ki, iyunun 2-dən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AGBank” ASC-nin baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010), “qaynar xətt” – 135.
Ləğv prosesində olan “NBC Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, iyunun 2-dən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Kreditor tələbləri qeydiyyatı iyulun 15-dək aparılacaq.
Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların iyunun 16-dan ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcək.
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilib
FIDE Vüqar Həşimov Şahmat Akademiyasını rəsmi olaraq təsdiqlədi
Sabahdan ov mövsümü başa çatır
İtkin polkovnik-leytenantın şəhid xəbəri gəldi
Ermənistanı zorla Rusiyanın tərkibinə qatmaq lazımdır-Vladimir Jirinovski
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Şirkətlər ya təzminat ödəyəcəklər, ya məhkəməyə gedəcəklər-İlham Əliyev
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səlahiyyət müddəti daha 1 il uzadıldı
"Bakı” kafesində atışmada lənkəranlı öldürüldü
Müxalifət Yerevanın mərkəzini blokadaya alıb
Martın 1-dək ictimai nəqliyyat işləməyəcək
İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədinin açılmasına münasibət
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində nə baş verir?
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
“Azercell” ilə “TikTok” indi daha əlçatandır
Parlament Jurnalistləri Birliyi açıqlama yaydı
SOCAR və DİNi strateji obyektlərin mühafizəsini müzakirə edib
Manatın martın 1-nə olan rəsmi məzənnəsi açıqlanıb
UEFA Avropa Liqasında 1/8 finalın püşkü atıldı
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
Sükut dəqiqəsi: Xocalı soyqırımı qurbanları anıldı
İlham Əliyev Ərdoğana zəng edib ad gününü təbrik etdi
Putin Qarabağa görə yenidən Təhlükəsizlik Şurasını topladı
İlham Əliyevdən xəbərdarlıq:“Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək”
Azərbaycanda daha 219 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü