“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata
Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə “Bakcell” şirkəti cəmi 30 manata yeni 50 GB internet paketini təqdim edir.
YeniAvropa xəbər verir ki,bu təklif sayəsində “Bakcell” öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İrihəcmli internet paketi yüksəkkeyfiyyətli videokontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir.
“Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində videoyayım xidmətləri, sosial şəbəkələr və digər yüksəkkeyfiyyətli kontentlə yanaşı, ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı, üstün müştəri təcrübəsini təmin etmək məqsədilə təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, - deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
50 GB internet paketini “Mənim Bakcellim” tətbiqetməsi vasitəsilə və ya xüsusi kodu yığmaqla əldə etmək olar. Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/50gb-bundle səhifəsini ziyarət edin.
“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış “OOKLA” şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş “Bakcell” şəbəkəsi bunun üçün bütün texniki imkanları təmin edir.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq