logo

“Eurovision 2021” mahnı müsabiqəsi yenidən Niderlandda keçiriləcək

10:21 17-05-2020 | icon 17493
“Eurovision 2021” mahnı müsabiqəsi yenidən Niderlandda keçiriləcək

“Eurovision 2021” mahnı müsabiqəsi yenidən Niderlandda keçiriləcək.

YeniAvropa xəbər verir ki, Rotterdamda keçirilməsi nəzərdə tutulmuş “Eurovision” mahnı müsabiqəsi COVID-19 pandemiyasına görə , bu il  qəribə formatda təşkil edilib və izləyiciləri təəccübləndirib.

Belə ki, koronavirus epidemiyasına görə ləğv edilmiş ənənəvi mahnı müsabiqəsi “təcrid konserti” ilə əvəz olunub. Onlayn keçirilmiş “təcrid konserti” 41 iştirakçı ölkənin namizədlərini və müsabiqənin əvvəlki qaliblərini bir araya gətirib.

Namizədlər və qaliblər birlikdə təcrid olunduqları bağ, salon, studiya və digər məkanlardan onlayn şəkildə 1997-ci ildə Böyük Britaniyanın Katrina qrupunun müsabiqədə qalib gəldiyi “Love Shine a Light” mahnısını ifa ediblər.

Yalnız gecənin aparıcısı müsabiqənin keçirilməli olduğu Rotterdamdan qoşulub.