logo

Ötən gün xüsusi karantin rejimini pozan  615 sürücü cərimələnib

10:55 07-05-2020 | icon 2079
Ötən gün xüsusi karantin rejimini pozan  615 sürücü cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 6-da saat 00:00-dan mayın 7-də saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.