logo

Elnar Məmmədli Milli Məclisin yeni mətbuat katibi oldu

15:09 05-05-2020 | icon 2709
Elnar Məmmədli Milli Məclisin yeni mətbuat katibi oldu

Milli Məclisdə aparılan kadr dəyişiklikləri parlamentin Mətbuat xidmətinə də gəlib çatıb. 

YeniAvropa xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub. Milli Məclisin sədri Sahibə Qafarova bu barədə müvafiq sərəncam imzalayıb.

Spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, Elnar Məmmədli bu təyinatadək AzTV-də çalışıb. O, AzTV-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri olub. O, ana dili ilə yanaşı ingilis, fransız, rus və türk dillərində sərbəst bilir.

Ailəlidir, iki övladı var.