logo

“Şamaxinka”da avtomobillərin hərəkəti məhdudlaşdırılır

10:49 04-05-2020 | icon 1904
“Şamaxinka”da avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində mayın 4-5-də Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.