logo

Türkiyədə son bir gündə 2000-ə yaxın koronavirusa yoluxma qeydə alındı

23:13 02-05-2020 | icon 2569
Türkiyədə son bir gündə 2000-ə yaxın koronavirusa yoluxma qeydə alındı

Türkiyədə son bir gün ərzində koronavirusa 1 983 nəfər yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O, qeyd edib ki, bu gün ölkədə daha 78 nəfər koronavirusdan ölüb. Bununla da COVID-19-dan ölənlərin sayı 3 336-ya çatıb.

Nazirin sözlərinə görə, virusa yoluxmuş 4 451 nəfər sağalıb. "Martın 30-dan ilk dəfə virusa birgünlük yoluxma sayı 2 000-ə yaxınlaşıb", - nazir deyib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.