Saxlanılan başçı ilə bağlı ağlasığmaz iddialar: Balıq biznesi, sarmısaq sahələri...
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.
YeniAvropa xəbər verir ki, əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva və daha bir neçə nəfər saxlanılıb.
Buna qədər də Mahir Quliyevlə bağlı mətbuatda çoxsaylı şikayətlər səsləndirilib.
Mahir Quliyevlə bağlı ilginc iddiaları, faktları təqdim edirik:
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, işləyib.
1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə Səbail rayonunda İctimai iaşə idarəsində satıcı, inzibatçı, "Sahil” restoranında ofisant, müavin və buranın müdiri olub. 2000-ci ildə Bakı şəhərində "Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib, 42 yaşında məzun olub. 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
26 aprel 2011-ci ildə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə qudadır. Mediada haqqında dərc olunan məlumatlarda iddia olunur ki, Mahir Quliyev hacı İbrahim Nehrəmlinin qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun dəstəyini qazanıbmış.
İndi isə keçək mediada Mahir Quliyevlə bağlı yayımlanan inanılmaz iddialara.
Məlumatlarda göstərilir ki, icra başçısı başqa-başqa şəxslərə aid olan minlərlər hektar torpağı öz şəxsi maraqları üçün istifadə edib. Bu ərazilərdə taxıl, qarpız və sarımsaq əkdirib. Onunla yanaşı, müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.
Bundan başqa, iddia edilir ki, M.Quliyev əkinə yararlı torpaqları yaxın ətrafındakı insanlara və dostlarına hədiyyə edib. Bəzi böyük torpaq sahələrini isə oliqarxlardan birinə və sahibkarlıqla məşğul olan iş adamlarına satıb.
O da iddia edilir ki, yerli sahibkarlar davamlı olaraq başçının təzyiqi ilə üzləşiblər. Rayonda azacıq da olsa, inkişaf perspektivlərinə malik hər hansı biznes növü, dərhal başçı və ya onun yaxınları tərəfindən nəzarətə götürülüb. Həmçinin yerli iş adamları məcburi şəkildə rayonda aparılan abadlıq işlərinə cəlb edilib. Onları məcbur ediblər ki, hərəsi bir ərazini öz hesablarına abadlaşdırsınlar. İmtina edənlər isə müxtəlif təziqlərlə üzləşdikləri üçün obyektlərini bağlayıb rayonu tərk etməyə məcbur olublar.
Bir iddia da rayonda dövlət tərəfindən ayrılan sosial yardımların yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılması ilə bağlıdır. Bildirilir ki, yardımlar rayon rəhbərliyi arasında bölüşdürülürmüş.
Məlumatlarda qeyd olunur ki, rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq gölləri yaradılıb. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblərinin əsas şəriki isə icra başçısı Mahir Quliyev olub. .
Nəticədə isə süni gölməçələr ətrafda şoranlaşma yardıb, əkinə yararlı ərazilər yararsız hala düşüb. Həmçinin süni gölməçələrin davamlı olaraq su ilə təmin olunmasına ehtiyac olduğuna görə, yay aylarında rayonda ciddi su qıtlığı yaranıb. Beləcə, başçının balıq biznesi ucbatından sakinlərin əkin sahələri susuz qalıb.
Su qıtlığının yaranmasının digər səbəbi isə 1500 hektar əkin və otlaq sahələrinə gedən birinci "vetka” su kanalının ləğv edilməsi ilə bağlıdır. İddiaya görə, ləğv edilən kanalın ərazisindəki torpaq sahəsi yerli məmurların mülkiyyətinə cevrilib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq