logo

Təhsil naziri:Yaz semestrində tələbələrin qiymətləndirilməsi ilə bağlı təkliflər hazırlanır

17:11 27-04-2020 | icon 3087
Təhsil naziri:Yaz semestrində tələbələrin qiymətləndirilməsi ilə bağlı təkliflər hazırlanır

2019-2020-ci tədris ilinin yaz semestrində tələbələrin qiymətləndirilməsi ilə bağlı təkliflər hazırlanır.

YeniAvropa xəbər verir ki, bu barədə aprelin 27-də  Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, bununla bağlı universitetlər öz təkliflərini hazırlayırlar. Bütün təkliflər nəzərdən keçirildikdən sonra Təhsil Nazirliyi yekun qərar verəcək.