logo

Sabah Ramazan ayı başlayır

12:36 24-04-2020 | icon 1897
Sabah Ramazan ayı başlayır

Sabah Azərbaycanda Ramazan ayı başlayır.

 YeniAvropa Qafqaz Müsəlmanları İdarəsinə istinadla xəbər verir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.