logo

Ali Məhkəmə İlqar Məmmədova bəraət verib

12:32 23-04-2020 | icon 1960
Ali Məhkəmə İlqar Məmmədova bəraət verib

 Ali Məhkəmənin  bu gün keçirilən Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb.

 YeniAvropa xəbər verir ki, Plenumun qərarına əsasən, İlqar Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Plenum habelə İiqar Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib. 

Xatırladaq ki, İiqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşlarla əlaqədar Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə o, vaxtından əvvəl azad edilib və cəzası şərti hesab edilib.