logo

Fransada epidemiyadan ölənlərin sayı 20 mini keçib

23:12 21-04-2020 | icon 3990
Fransada epidemiyadan ölənlərin sayı 20 mini keçib

Fransada COVİD-19 virusuna yoluxanların sayı 114657-yə çatıb. Ölkədə epidemiya başlayandan 20265 ölüm faktı qeydə alınıb. Bunlardan 12513-ü xəstəxanalarda, 7752-i isə qocalar evində qeydə alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında bildirib.

Qeyd edib ki, reanimasiyalarda ağır xəstələrin sayı 12 gündür müntəzəm olaraq azalır. Bununla belə reanimasiya şöbələrində hələ 5683 xəstə var. Eyni zamanda, xəstəxanalara yerləşdirilən xəstələrin də sayında azalma müşahidə edilib.

Səhiyyə üzrə baş direktor bildirib ki, epidemiyanın əvvəlindən bir xəstə 3 nəfəri yoluxdururdu, indi isə bu rəqəm 3 dəfə azalıb. O qeyd edib ki, koronavirus epidemiyası ölkədə fəsli infeksion xəstəliklərdən, hətta 19500 ölüm qeydə alınmış 2003-cü il yay istilərindən daha çox ölümə səbəb olub.