logo

Türkiyə elektriklə işləyən traktorların istehsalına başlayır

20:40 19-04-2020 | icon 2373
Türkiyə elektriklə işləyən traktorların istehsalına başlayır

Türkiyədə istehsal olunacaq ilk elektrik mühərrikli traktorlar cari ildə istifadəyə veriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu layihə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə bağlı olan TAGEM (Əkinçilik araşdırması və siyasəti) qurumu tərəfindən həyata keçirilir.

Bildirilir ki, elektrik mühərrikli zavod Gebzedə tikilib. Koronavirus infeksiyasının yaratdığı problemlərə baxmayaraq, zavodda istehsal avadanlıqlarının quraşdırılması işlərində ləngimə yoxdur. Hesablamalara görə, ölkədə elektrik mühərrikli traktorlara böyük ehtiyac olacaq.