logo

Azərbaycan-İran sərhədi daha 15 gün bağlı qalacaq

22:55 18-04-2020 | icon 1946
Azərbaycan-İran sərhədi daha 15 gün bağlı qalacaq

Azərbaycan-İran dövlət sərhiddindəki sərhəd-keçid məntəqələri daha 15 gün bağlı qalacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir. Məlumatda qeyd edilib ki,Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılır.