logo

Gürcüstan prezidenti fövqəladə vəziyyəti mayın 10-dək uzatdı

21:55 17-04-2020 | icon 2485
Gürcüstan prezidenti fövqəladə vəziyyəti mayın 10-dək uzatdı

Gürcüstan prezidenti Salome Zurabişvili koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin müddətinin uzadılması haqda sərəncam imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sərəncama əsasən, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılıb.

S.Zurabişvili, eyni zamanda ölkə vətəndaşlarına müraciət edərək onları evdə qalmağa, qayda və qanunlara, tövsiyələrə əməl etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda bu günədək 370 nəfər koronavirusa yoluxub. Onlardan 79-u müalicə olunub, 3 nəfər isə dünyasını dəyişib.