logo

AFFA “Euro2020” ilə bağlı rəsmi razılığını UEFA-ya göndərib

21:13 17-04-2020 | icon 2793
AFFA “Euro2020” ilə bağlı rəsmi razılığını UEFA-ya göndərib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Euro2020"nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib.

 YeniAvropa xəbər verir ki, bu barədə AFFA-dan bildirilib. Qeyd edilib ki, məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar "Euro2020" turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.