logo

Milli Məclisin iclasları 2 saat olacaq

12:07 17-04-2020 | icon 2051
Milli Məclisin iclasları 2 saat olacaq

Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasında xüsusi karantin rejimi dövründə  parlamentin iclasıarının 2 saat keçirilməsi təklif edilib. 

YeniAvropa xəbər verir ki, belə bir təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. 

Komitə sədri bildirib ki, xüsusi karantin rejimi dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin. “Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun”,-deyə Musa Quliyev bildirib.  

Komitə sədrinin təklifi səsə qoyularaq, qəbul edilib.