logo

Türkiyə lirəsi dəyərini itirir

23:57 16-04-2020 | icon 2464
Türkiyə lirəsi dəyərini itirir

Türkiyənin milli valyutası lirənin məzənnəsi yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq yaranan məlum proseslər səbəbindən aşağı düşməkdə davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyə Mərkəzi Bakının açıqlamasına görə, aprelin 16-da valyuta mübadiləsi məntəqələrində 1 ABŞ dolları 6,9 lirəyə dəyişdirilib.

Xatırladaq ki, cari il yanvarın son günlərində 1 dollar 5,98 lirəyə, aprelin 1-də isə 6.63 lirə ekvivalent olub.